Məntiqsiz yazılar

Blog Haqqında

mechul

əslində dəfələrlə gundəlik tutmaga cəhd gostərmishəm.amma kiminsə,nə vaxtsa onu oxuyacagından qorxub,tam səmimi və cəsarətlə yaza bilməmişəm.virtual namə başqa,onu məhs kiminsə oxuması üçün və kiminsə məni başa düşəcəyi ümidi ilə yazıram.eyni zamanda ismimi qeyd etməyəcəyim üçün səmimi(bu mənim komplekslərimlə əlaqədardı)

Axtarış

Sorğu

Blog:



Açar sözlər

Sayqaç

İndi blogda: 1
Keçən ayın hiti: 960
Dünənki hit: 23
Bugünki hit: 29
Ümumi hit: 5803

02.2009

İyul 5, 2009 11:16 Yazar: mechul

şüşə masanın üzərində lampanın yalancı xəyalı ilə,masanın altındakı ayaqqabımın həqiqi xəyal toqquşması ayaqqabımı nimbli müqəddəs kimi göstərir.

məchulun gündəliyi | Şərhlər(0) | 81 baxış

30.04.09.

İyul 4, 2009 19:26 Yazar: mechul

1

Yuxudan doymadığıma baxmayaraq,pəncərədən günəşi görən kimi,yataqdan qalxdım.Hava çox gözəl idi,bahar idi.pəncərədən görünən xoşagəlməz mənzərəyə baxmayaraq,nədənsə bu gün həyat gözümə gözəl dəyirdi.Yəgin yuxusuzluqdandır,bütün gecəni dərs oxuyanda yəgin belə olur.

Davamı...

Özgə gündəliklər | Şərhlər(2) | 93 baxış

28.06.09

İyun 29, 2009 18:54 Yazar: mechul

Təhlükə yarananda çiçəklər bizi xəbərdar etmək istədi,ancaq onları çoxdan fransız ətirlərinə dəyişmişdik;ağaclar qollarıyla yellədi,amma “küləkdir” deyib fikir vermədik;arılar vızıltıyla pıçıldadı,amma qulaqlarımız qulaqcıqlarda məşğul idi.İlan da şeytana xəyanət edib,bizə xəbər gətirdi,amma özümüz elə soyuq olduq ki,ilan toxunuşunu da heç hiss etmədik.Son ümid almalaradır.

məchulun gündəliyi | Şərhlər(0) | 69 baxış

İblislə görüşə bir addım qalmış...

İyun 23, 2009 20:08 Yazar: mechul

Gözlərimi açanda özümü möhtəşəm bir sarayda gördüm.Hər tərəf çox gözəl idi.
İçimə heyrət,fəxr,rahatlıq doldu.
Otaqları bir-bir gəzməyə başladım.Gözəl rəsmlərə,əl işləməli mebellərə,canlıya bənzər heykəltəraşlıq nümunələrinə baxmaqdan doymurdum.Lakin nədənsə bu heykəllər hamısı qəmli üz çizgiləri,günahkar bir duruşda yonulmuşdu.
İçimə bir şübhə,narahatlıq sızdı.
Birdən qulağıma şən gülüş səsləri gəldi.Bu sarayda tək olmadığıma çox sevindim.Səsin gəldiyi tərəfə,birinci mərtəbəyə düşdüm.otaqlara keçərkən,otaqlar arasında qapıların olmadığına təəccubləndim,otaqları yalnız ipək pərdələr ayırırdı.Nəhayət geniş bir otağa gəlib çıxdım.Otağın əks küncündə dörd cavan qız xalçada oturub söhbətləşirdilər.Onlara tərəf addımladım,onlara yaxınlaşdıqca səssiz oldular,bir az daha yaxınlaşanda isə onların ölü olduqlarını gördüm.
İçimə dəhşət,qorxu doldu.
Bütün sözlər ağlımı tərk etdi.Ancaq qışqıra bildim.
Bu qorxunc yerdən özümü qurtarmalıydım.Çıxış axtarmağa başladım,amma otaqlar arasında qapı olmadığı kimi,binadan çıxış qapısı da yox idi.Ümidim əlvan şüşələrdən mozaik hörülmüş pəncərələrə idi.Amma pəncərələrin hamısı divara açıldı.
İçimə inciklik,ümüdsüzlük doldu.
Hönkürtümü dəf edərək Allaha yalvarmağa başladım...Yenidən səs gəldi...Özlərini Allah zənn etmiş allahsızlar səsimə səs verdilər...Ölümümü gözləməyi əmr etdilər.


guya hekayə | Şərhlər(1) | 78 baxış

Yenidən başla?...

İyun 22, 2009 19:42 Yazar: mechul

Bütün hadisələr və qəhrəmanlar uydurulub,həqiqətlə istənilən oxşarlıq təsadüfidir.Davamı...

guya hekayə | Şərhlər(4) | 91 baxış

SuS!

May 15, 2009 18:37 Yazar: mechul

Sən heç “kədər” sözünə sığmayan kədər yaşadınmı,sən heç “sevinc” sözünə sığmayan sevinc yaşadınmı,sən heç “sevgi" sözünə sığmayan sevgi yaşadınmı?

Buna görə də Tanrı danışmır.O diqaloq üçün sözlər hələ laiq deyil..



... | Şərhlər(10) | 138 baxış

Və günah anlayışı belə yarandı.

May 15, 2009 18:36 Yazar: mechul

Onlar özlərini tanımadan,dərk etmədən,Allahı dərk etməyə qalxdılar.Onlar cənnət xətrinə Allahı tanıdılar.Buna baxmayaraq,Allah onları sevdi!

Sadəcə elə adamlar var ki,onları "cəhənnəm odu" ilə qorxutmasan,heç vaxt insan olmayacaqlar.



... | Şərhlər(2) | 103 baxış

ZAMANSIZ

May 10, 2009 20:51 Yazar: mechul

sən,və səni dahi bilənlər...mənimçün heç kimsiz!

namələr | Şərhlər(5) | 115 baxış

16.02.09

Fevral 20, 2009 12:18 Yazar: mechul

It's something unpredictable but in the end
It's right I hope you've had the time of your life

Eh,bircə bu qatı dumanda yox ola bilsəydim.Dumanda həll olmaq ümidi ilə uzağa tərəf...

Amma elə bil sehrin kodunda bir səhflik var.Yol yoldaşlarım məni qabaqlayıb sehrli məqsədlərinə çatır,hətta bu eybəcər hunday da yox olmaq şərəfinə laiq oldu.Bircə mən hələ də görünürəm.

Ey...mən belə oynamıram!Çəkil önümdən,duman!



məchulun gündəliyi | Şərhlər(1) | 127 baxış

01.02.2009

Fevral 1, 2009 18:02 Yazar: mechul

Yağışı nə vaxtdan sevməz oldum bilmirəm.Göyü bulud alan kimi,ölmək istəyirem,heç olmasa bulud cəkilənədək...
Uşaqlığım yadımda,yağışlı havada gəzməyi çox sevərdim.Uşaq idim,böyümək istəyirdim.Böyüklər mənimçün ideal idi.Ama yağış yağanda,onlar çox məzəli olurdular.Çətirli adamlar qaça-qaça,gölməçələri addaya-addaya harasa tələsirdilər.Yağışdan qaçırdılar,qorxurdular.Bu işguzar insanların belə komik olmaları çox əyləndirirdi məni.Hələ kabluklu qızların çak-ka-çuruku...

İndi isə mən də həmən böyüklərdən biriyəm,hər halda artıq uşaq ola bilmirem.Həmin boz kütlə ilə əylənə bilmirem,artıq özüm də o kütlədəyəm.Artıq sevincim,optimizmim,həyat eşqim günəşli günlərə bağlıdır.Artıq yağışı sevmirem...







Bölməsiz | Şərhlər(0) | 108 baxış

  Yazılar cəmi: 46    Sonrakı səhifə »