Reklam verin!

Turxan - 28 Manıs Törəni

Yazar: mechul Tarix: May 28, 2008 10:39

Kim nə deyər, bizdə olan qeyrətə...
Sabir

Qarşıdan ADR-in 90 illik yubileyi gəlir. Hərə bir cür hazırlaşır yubileyə. Bir neçə gün öncə "Müsavat" partiyası domino çempionatı keçirdi. Təbii ki, ADR naminə. Bundan əlavə, sabah-birisigün başqa partiyalar da bir-birinə qoşulub, Novxanıda "semiçka" çırtlamaq marafonuna qoşulacaq. Başqaları da bir-iki ağız himn oxuyacaq, bu da olacaq ADR-in 90 illik yubileyi. YAP-çılar da bir qıraqdan çıxıb deyəcək ki, ADR xalqa məxsusdur, yaxud ADR və uğurlu Heydər Əliyev siyasəti...
Deyəsən, naşükürlük etdim. Buna da şükür! Yenə heç olmasa siyasi partiyalar ADR-i yada salırlar. Adamın Allahı var. Heç olmasa ildə bir dəfə də olsun Rəsulzadə və onun yaratdığı hökumətdən danışırlar.
Yoxsa bizim bəzi düşük vətəndaşlarımız kimi... Artıq bütün günü ağızlarını açıb, gözlərini yumub, Elnur Hüseynov belə gəldi, "Day After Day" elə getdi, Samir Cavadzadə elə-belə getdi deyə çənə yorturlar. Başı çıxan da danışır, çıxmayan da. Əgər günü bu gün şəhərdə kiçicik bir sorğu keçirsəniz ki, qarşıdan hansı əlamətdar gün gəlir? Təbii ki, 90 faiz sorğu iştirakçısı deyəcək ki, "Eurovision" finalı, ya da futbol üzrə Avropa çempionatı. Bir halda ki, tarix müəlliməsi sinifə daxil olub, uşaqlardan soruşsun ki: "Axşam "Eurovision"a baxa bilmədim, "Azərenerji" işıqlarımızı kəsmişdi. Azərbaycan finala çıxdı?"... Camaat ADR-zad fırlamır. Vallah...
Halal olsun Alyaska paytaxtının merinə. Mayın 28-ni Azərbaycanın milli günü elan edib. Bu da azmış kimi, üstəlik şəhər meri Mark Beqiç yazılı bəyannamə də imzalayıb və Azərbaycan mətbuatına göndərib. Maraqlı olduğuna görə bəyannamədən bir parçanı olduğu kimi yazıram: "90 il ərzində bütün dünya azərbaycanlılarının 28 may gününü qeyd etdiyini və Azərbaycanın ABŞ-ın strateji partnyoru olduğunu, NATO-nun partnyoru olduğunu və Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlar keçirdiyini nəzərə alaraq, mən - Ankoric meri Mark Beqiç 2008-ci il 28 may-ı "Azərbaycanın milli günü" elan edirəm və Ankoricin bütün sakinlərini Ankoricdə və Alyaskanın digər yerlərində yaşayan Azərbaycan vətəndaşlarını təbrikimə qoşulmağa çağırıram".
ADR Mark Beqiçə o qədər təsir edib ki, kişi indi girişib Azərbaycanca öyrənməyə. Azərbaycanca öyrənir ki, Hacıbala Abutalıbova məktub yazsın: "Yekə adamsan, mən amerikalı ola-ola burada sizə bayram edirəm... Sənsə orada asfalt çəkib, gül sulayırsan. Bu da azmış kimi, Kukla Teatrı ilə üzbəüz Rəsulzadənin heykəli ucaldılması planlaşdırılan parkda xatirə daşını götürüb, əvəzinə "qarşokvari" fəvvarə düzəltmisən. Belə olmaz. Cəhənnəm, parkda heykəl qoymursan, qoyma. Heç olmasa Bakı Dövlət Universitetinə Rəsulzadənin adını qaytar, heykəlini ucalt".
Ümumiyyətlə, bu gün üçün Azərbaycana ADR lazım deyil. Əgər lazım olsaydı, cəmiyyət çoxdan Rəsulzadəyə heykəl də ucaldardı (ən azından mənəvi heykəl). Günümüzdə Samir Cavadzadə və Elnur Hüseynov cütlüyü ADR və Rəsulzadədən üstün tutulur. Hələ tələsməyin, "Eurovision"dan gələn kimi Babanın oğlu hərəsinə 100 min "göy" verəcək"... Bu da olacaq cəmiyyətimizin 28 Manıs... bağışlayın, 28 Mayıs törəni...
Bir neçə ay bundan öncə Ağsu şəhərində Rəsulzadənin adını daşıyan istirahət parkından Rəsulzadənin büstü oğurlanmışdı. Hələ də həmin büstdən xəbər yoxdur. Ey gülməşəkər məmurlar, bundan sonra Rəsulzadəyə heykəl ucaltmaq-zad lazım deyil. Heç olmasa ucaldılan heykəl və büstlərə dəyib, toxunmayın...


P.S. O gün Rəsulzadə ilə bağlı dəyirmi masaya qatılmışdım. Bir saatlıq dəyirmi masanın 45-50 dəqiqəsi Heydər Əliyev və onun siyasətinə həsr edilmişdi.


mənbə:www.almaqezeti.com

Alma | Şərhlər(3) | 75 baxış |



1

suprised suprised suprised

May 28, 2008 21:26

2

hardasan ay mechul? cry

İyun 9, 2008 0:03

3
Ruzigarim yazıb:

Amma men bu bayrami sevirem.
Ilk defe musteqil olub 28 mayi qeyd eden gunu atamla emin 20 eded shar aldilar, qazla doldurdular, eteyine AZerbaycanin bayragini baglayib goye ucurdular.
Butun bu dircelish, qurtulush, yirtilish ne bilim ne- bunlar hamisi yalanci bayramlardi. Bir dene musteqillik gunu var- 28 may. Cunki o olmasaydi bu birisi de olmazdi.

İyul 27, 2008 10:21

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha